Tibbi Universitet yaxınlığında əla təklif. (Elçin market) 17 mərtəbəli yeni tikilinin yeddinci mərtəbəsində ümumi sahəsi 133 kvadratmetr olan üç otaqlı tam təmirli və əşyalı mənzil ailəyə kirayə verilir. Mənzil geniş və işıqlıdır, yaşayış üçün zəruri olan bütün mebel və texnika ilə təmin olunub. Mətbəxdə paltaryuyucu maşın və digər məişət avadanlıqları mövcuddur. Sanitar qovşağı təmiz və səliqəlidir. Mənzildən şəhərə və həyətə gözəl mənzərə açılan eyvan var. Binanın yerləşdiyi ərazi infrastruktur cəhətdən çox əlverişlidir, yaxınlıqda mağazalar, məktəblər, bağçalar və ictimai nəqliyyat dayanacaqları yerləşir.
Aylıq kirayə haqqı: 1000 AZN
Ofis haqqı: 30%